IMG-LOGO

Gürcüstanda azərbaycanlı güllələndi

27 Jul 2026 13:13 5 baxış
IMG
0 0

Gürcüstanda azərbaycanlı güllələnib.

Lent.az Gürcüstan mediasına istinadən xəbər verir ki, hadisə ötən gecə Marneulinin Candar kəndində qeydə alınıb.

31 yaşlı Rahib Abdullayev tapançadan açılan atəşlə ağır xəsarət alıb.

Bildirilib ki, ona 3 dəfə atəş açılıb. R.Abdullayev ağız və baş nahiyəsindən ağır zədələr alıb.

O, dərhal xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti