IMG-LOGO

Gürcüstanda elektrik PROBLEMİ: Bakı-Tbilisi qatarı yolda qaldı

25 Jul 2026 16:25 5 baxış
IMG
0 0

Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb.

Azərbaycan Dəmir Yolları QSC-dən Lent.az-a bildirilib ki, problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb.

Qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.

Qeyd edək ki, iyulun 24 və 25-də Gürcüstanda bütün ölkə ərazisində elektrik kəsintiləri yaşanıb.

Hadisələr Gürcüstan Bakı-Tbilisi qatarı

Mənbə: lent.az

Xəbər lenti