IMG-LOGO

Bakıda AĞIR QƏZA: Üç maşın toqquşdu -FOTO

17 May 2024 01:09 217 baxış
IMG

Bakının Səbail rayonunda yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.

Belə ki, “Renault” markalı avtomobilin təkəri qəfildən sıradan çıxıb.

Nəticədə arakəsmədə olan “Hyundai” markalı maşına çırpılıb.

Eyni zamanda “Hyundai” digər eyni markalı digər maşına çırpılıb.

Qəza nəticəsində arakəsmədə olan “Hyundai”-ın sərnişini xəsarət alıb.

Hər üç avtomobilə ziyan dəyib. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Mənbə: lent.az

Xəbər lenti