IMG-LOGO

Avropada ailəvi istirahət üçün ən ucuz kurort seçildi - Yay tətili üçün ideal ünvan

25 Jul 2026 13:33 2 baxış
IMG
0 0

Portuqaliyanın cənubunda yerləşən məşhur Alqarve kurortu 2026-cı ilin yay mövsümündə Avropada ailəvi istirahət üçün ən sərfəli məkan seçilib. Bu nəticə Post Office təşkilatının hazırladığı qiymət müqayisəsinə əsasən müəyyən edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma zamanı turistlərin ən çox istifadə etdiyi 10 əsas xidmət və məhsulun qiymətləri müqayisə olunub. Bunlara bir fincan qəhvə, pivə, qazlı içki, şərab, mineral su, günəşdən qoruyucu krem, həşərat əleyhinə vasitə, iki uşaq pizzası, iki nəfərlik nahar və ailə üçün üç çeşidli şam yeməyi daxildir. Qiymətləndirməyə aviabiletlər və otel xərcləri daxil edilməyib.

Hesabata görə, Alqarvedə bu xidmətlərin ümumi dəyəri orta hesabla 140 funt sterlinq təşkil edir. Burada bir fincan qəhvənin qiyməti 1,27 funt, günəşdən qoruyucu kremin qiyməti isə 9,95 funt təşkil edir. İki nəfərlik naharın orta qiyməti isə 20,97 funt olaraq göstərilib. Siyahıda ikinci yeri Bolqarıstanın Qara dəniz sahilində yerləşən Sunny Beach (Günəşli Sahil) kurortu tutub. Burada eyni xidmətlər orta hesabla 142 funt sterlinqə başa gəlir. Maraqlıdır ki, ailəvi şam yeməyi Alqarve ilə müqayisədə burada bir qədər daha ucuzdur. Ümumilikdə reytinqə Avropanın 22 məşhur kurortu daxil edilib. Siyahının ən bahalı istiqaməti isə İtaliyanın Sorrento şəhəri olub. Burada turist səbətinin dəyəri Alqarve ilə müqayisədə təxminən iki dəfə yüksəkdir və 268 funt sterlinq təşkil edir.

2026-cı ildə qiymət və keyfiyyət nisbətinə görə Avropanın ən sərfəli 10 ailəvi kurortu: Alqarve (Portuqaliya) Sunny Beach - Günəşli Sahil (Bolqarıstan) Lansarote (Kanar adaları, İspaniya) Menorka (Balear adaları, İspaniya) Kosta-Brava (İspaniya) Tenerife (Kanar adaları, İspaniya) Marmaris (Türkiyə) Kosta-del-Sol (İspaniya) Kosta-Blanka (İspaniya) Pafos (Kipr)

Travel Portuqaliya yay tətili ailəvi istirahət

Mənbə: lent.az

Xəbər lenti