IMG-LOGO

Naxçıvanda maşın 35 yaşlı kişini vurub AYAQLARINI QIRDI-FOTO

17 May 2024 01:20 225 baxış
IMG

Naxçıvan şəhərində avtomobil 35 yaşlı kişini vurub.

Lent.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində (Naxçıvan Perinatal Mərkəzin qarşısında) qeydə alınıb.

Belə ki, Məhəmməd Hüseynovun idarə etdiyi 67-BC-915 dövlət nömrəli nişanlı "Ravon Nexia" markalı avtomobil yolu keçən Babək rayon Didivar kənd sakini, 1989-cu il təvəllüdlü Əliyev Elvin Mübariz oğlunu vurub.

Zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

E.Əliyevin hər iki ayağı qırılıb, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qəzanı törədən sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti