IMG-LOGO

"Priora" velosipedçini vurub öldürdü

16 May 2024 12:44 171 baxış
IMG

Sumqayıtda ağır yol nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonuda, Zülfi Hacıyev küçəsində qeydə alınıb.

“Lada Priora” markalı avtomobillə velosipedçi vurulub.

Velosipedçi hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti