IMG-LOGO

Ordumuzun hərbçisi vəfat etdi

16 May 2024 09:36 214 baxış
IMG

Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Sənan Kərəm oğlu kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat edib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, xidmətdən kənarda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Nazirliyin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

Mənbə: lent.az

Xəbər lenti