“Apple”ın sentyabr ayında təqdim edəcəyi gözlənilən “iPhone 18 Pro Max”ın kamera xüsusiyyətləri ilə bağlı yeni detallar ortaya çıxıb.
Lent.az xəbər verir ki, sızdırılan məlumata görə, smartfon “Sony IMX905” əsas kamera sensoru ilə təchiz ediləcək.
Ən böyük yenilik isə dəyişən diafraqma texnologiyası olacaq. Bu sistem işıq şəraitinə uyğun olaraq diafraqmanı avtomatik tənzimləyərək aşağı işıqda daha keyfiyyətli çəkiliş, daha dəqiq ekspozisiya və daha təbii fon bulanıqlığı təmin edəcək.
Bildirilir ki, telefoto, ultra genişbucaqlı, LiDAR və ön kamera sensorlarında ciddi dəyişiklik olmayacaq. Üçoxlu optik görüntü sabitləşdirmə (OIS) sistemi də qorunacaq.
“iPhone 18 Pro Max”ın sentyabr ayında təqdim ediləcəyi, komponentlərin bahalaşması səbəbindən isə qiymətinin təxminən 200 dollar arta biləcəyi iddia olunur.
Apple iPhoneMənbə: lent.az