IMG-LOGO

PSJ 23 yaşlı oyunçu üçün 80 milyon təklif edəcək

15 May 2024 19:35 248 baxış
IMG

Fransa çempionu PSJ yayda "Napoli"nin hücumçusu Xviça Kvaratsxeliyanı almağa çalışacaq.

Lent.az xarici mediaya istinadla xəbər verir ki,  Paris klubu 23 yaşlı Gürcüstan millisinin futbolçusu üçün 80 milyon avro, futbolçu üçün isə illik 8 milyon avro təklif edəcək.

"Napoli" futbolçu ilə 100 milyon avroya ayrılmağa hazırdır.

İtaliya çempionatında bu mövsüm Kvaratsxeliya 32 oyun keçirib, 10 qol vurub və 6 məhsuldar ötürmə verib.  

Mənbə: lent.az

Xəbər lenti