IMG-LOGO

Biləsuvarda yük maşını mikroavtobusla toqquşdu, idarə işçisi öldü

15 May 2024 10:13 227 baxış
IMG

Biləsuvarda yük maşını mikroavtobusla toqquşub.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Biləsuvar - Bəhrəmtəpə yolunda, Biləsuvar rayonunun Ağayrı kəndində baş verib. Hərəkətdə olan "Mercedes" markalı yük maşını, Şahmar Mehtiyevin idarə etdiyi "Ford" markalı mikroavtobusa çırpılıb. Qəza nəticəsində yol istismar idarəsinə məxsus olan "Ford" markalı mikroavtobusda olan sərnişin, idarənin əməkdaşı ölüb. Mikroavtobusda olan 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti