IMG-LOGO

"Milan" son 18 ayda meydana çıxmayan futbolçusunun müqaviləsini ləğv edib

23 Dec 2025 09:55 3 baxış
IMG

İtaliyanın "Milan" klubu son 18 ayda meydana çıxmayan futbolçusu Divok Oriqi ilə yollarını ayırıb.

"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

2023/2024 mövsümündə icarə əsasında İngiltərə təmsilçisi "Nottinqem Forest"in formasını geyinən hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

30 yaşlı belçikalı forvard son olaraq 2023-cü ilin mayında "Milan"ın heyətində meydana çıxıb. O, illik təxminən 4 milyon avro maaş alıb.

Qeyd edək ki, Divok Oriqi 2022-ci ildə İtaliya klubuna keçib.

Xəbər lenti