IMG-LOGO

Məşhur brendinin məhsullarına lağ etdilər - Kişilər üçün gəlinlik ayaqqabısı

14 May 2024 15:34 118 baxış
IMG

Dünya şöhrətli “Balenciaga” brendi  tez-tez çox baha qiymətə, lakin əcaib görünüşlü geyimləri ilə diqqət çəkir.

 Lent.az-ın xəbərinə görə,  “Balenciaga” bu dəfə kişi çəkmələri formasında qadın çantaları və qadın ayaqqabıları formasında kişi ayaqqabılarını nümayiş etdirib.

 Qiymətləri müvafiq olaraq 5 min avro və 3 min avro arasında dəyişən bu çanta və ayaqqabıya sosial şəbəkələrdə mənfi rəylər yağdırılıb.

Sosial şəbəkələrin Azərbaycan seqmentində kişilər üçün buraxılmış ayaqqabıları "kişilər üçün gəlinlik ayaqqabısı" adlandırıblar.  

Mənbə: lent.az

Xəbər lenti