IMG-LOGO

ATƏT sədrindən ETİRAF: "Biz yeni reallıqları qəbul etməliyik"

14 May 2024 13:33 231 baxış
IMG

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını səbirsizliklə gözləyirik.

Lent.az xəbər verir ki, bu fikirləri ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

ATƏT sədrinin sözlərinə görə, o, hər iki tərəfdən, nazirlərdən müsbət mesajlar eşidir:

“ATƏT hər iki ölkəyə qulaq asır. Biz yeni reallıqları qəbul etməliyik. Ümid edirik ki, tez zamanda tərəflər arasında hərətəfli və dayanıqlı sülh razılaşması əldə olunacaq”.

Mənbə: lent.az

Xəbər lenti