IMG-LOGO

Bu beş Android tətbiqini dərhal silmək lazımdır

12 Jul 2026 16:40 2 baxış
IMG
50 0

Android smartfonlarında əvvəlcədən quraşdırılmış bütün tətbiqlər vacib deyil. Bəziləri istehsalçıların tərəfdaş şirkətlərlə əməkdaşlığı çərçivəsində əlavə olunur, digərləri isə əməliyyat sistemində mövcud olan funksiyaları təkrarlayır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu tətbiqlərin bir hissəsini silmək və ya deaktiv etmək telefonun işləməsinə mənfi təsir göstərmir.

Əksinə, onlar yaddaşa qənaət etməyə və lazımsız bildirişlərin qarşısını almağa kömək edə bilər.

Hansı tətbiqləri silmək olar?

Ekspertlər ilk növbədə istehsalçı tərəfindən əlavə edilmiş, lakin istifadə edilməyən tətbiqlərə diqqət yetirməyi tövsiyə edirlər.

Məsələn, Samsung smartfonlarında "Samsung Things" və "Galaxy Wearable", "Motorola" telefonlarında "Moto Notifications", Google" cihazlarında isə "YouTube Music" və "Google TV" kimi tətbiqlər əvvəlcədən quraşdırılmış ola bilər. Bu proqramlardan istifadə etmirsinizsə, onları silmək və ya deaktiv etmək mümkündür.

Eyni işi görən iki tətbiqə ehtiyac yoxdur

Mütəxəssislər bildirirlər ki, Android telefonlarında tez-tez eyni funksiyanı yerinə yetirən iki fərqli tətbiq olur.

Məsələn, Samsunq öz təqvim tətbiqini təqdim edir, halbuki Android sistemində artıq standart təqvim proqramı mövcuddur. Eyni vəziyyət fayl menecerləri üçün də keçərlidir. "OnePlus" telefonlarında "My Files" tətbiqi olsa da, sistemdə oxşar funksiyanı yerinə yetirən proqram artıq var.

Belə hallarda istifadə etmədiyiniz tətbiqləri silmək cihazın işinə mənfi təsir göstərmir.

Reklam məqsədilə quraşdırılan proqramlar

Ekspertlər qeyd edirlər ki, bəzi tətbiqlər istehsalçı ilə tərəfdaş şirkətlər arasında bağlanan kommersiya razılaşmaları çərçivəsində telefona əvvəlcədən yüklənir. İstehsalçılar bu proqramların quraşdırılmasına görə ödəniş alırlar.

Bu tip tətbiqlər çox vaxt istifadəçiyə reklam bildirişləri göndərir və telefonun yaddaşında yer tutur. Əgər onlardan istifadə etmirsinizsə, silinməsi tövsiyə olunur.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, sistem tətbiqlərini silməzdən əvvəl onların funksiyasını yoxlamaq vacibdir. Telefonun əsas işləməsi üçün lazım olan proqramları silmək düzgün deyil. Lakin istifadə edilməyən əlavə tətbiqlərin silinməsi həm yaddaşa qənaət etməyə, həm də cihazın daha rahat işləməsinə kömək edə bilər.

telefon texno android

Mənbə: lent.az

Xəbər lenti