Tanzaniyanın şimalında baş verən daşqında ölənlərin sayı artıb.
Lent.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.
Təbiət hadisəsi 47 nəfərin ölümünə səbəb olub, 85-i isə yaralanıb.
Ən çox zərər çəkən ərazi Hananq olub.
Yerli hakimiyyət orqanları onlarla insan itkin düşdüyünü ölənlərin sayının artacağını bildirib.
***
03.12.2023
Saat 22:35
Tanzaniyanın şimalında leysan yağış daşqına səbəb olub.
APA xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Hadisə zamanı 20 nəfər ölüb, 70-dən çox insan yaralanıb.
Daşqın nəticəsində bir çox evlər zərər görüb.
Hazırda itkin düşənlərin axtarışı davam etdirilir.