IMG-LOGO

"iPhone 18 Pro"nun qiyməti AÇIQLANDI - Gözləniləndən daha ucuz

27 Jun 2026 14:25 6 baxış
IMG
0 0

Apple şirkətinin təqdim edəcəyi "iPhone18 Pro" modelinin qiymətinin gözlənildiyindən daha az artacağı bildirilir. "Jey Pi Morqan" analitiklərinin proqnozuna görə, yeni smartfonun qiyməti cəmi 50-100 ABŞ dolları bahalaşa bilər. Bundan əvvəl Apple şirkəti yaddaş çiplərinin bahalaşması səbəbindən əksər məhsullarının qiymətini artıracağını açıqlamışdı. Bu açıqlamadan sonra bəzi analitiklər və xarici KİV-lər "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modellərinin başlanğıc qiymətinin 300 dollar artaraq müvafiq olaraq 1399 və 1499 ABŞ dollarına çatacağını iddia edirdilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, "Jey Pi Morqan" mütəxəssisləri bu ssenarinin real olmadığını düşünürlər.

Onların hesablamalarına əsasən, "iPhone 18 Pro" modelinin başlanğıc qiyməti maksimum 1200 ABŞ dolları səviyyəsində olacaq.

Analitiklər bildirirlər ki, Apple xərclərin bir hissəsini öz istehsalı olan modemlərdən istifadə etməklə və istehsal prosesində digər optimallaşdırma addımları hesabına kompensasiya etməyi planlaşdırır.

Baza modellərinin qiyməti dəyişməyə bilər

Mütəxəssislərin fikrincə, "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modelləri əvvəlki nəsildə olduğu kimi müvafiq olaraq 1099 və 1199 ABŞ dolları başlanğıc qiyməti ilə satışa çıxarıla bilər.

Bu halda qiymət artımı əsasən 512 giqabayt və daha yüksək yaddaşa malik versiyalara şamil ediləcək. Beləliklə, baza modelləri əvvəlki qiymətini qorusa da, daha böyük yaddaşlı variantlar nəzərəçarpacaq dərəcədə bahalaşa bilər.

Təqdimat sentyabrda gözlənilir

Ənənəyə uyğun olaraq, yeni "iPhone" modellərinin təqdimatının 2026-cı ilin sentyabrında keçirilməsi gözlənilir.

Məlumata görə, Apple bu dəfə buraxılış strategiyasını dəyişəcək. Payızda "iPhone 18 Pro", "iPhone 18 Pro Maks" və şirkətin ilk qatlana bilən "iPhone" modeli təqdim olunacaq.

Standart "iPhone 18" və "iPhone Er 2" modellərinin isə 2027-ci ilin yazında satışa çıxarılacağı bildirilir.

Kamerada böyük yenilik gözlənilir

İnsayderlərin yaydığı məlumata görə, "iPhone 18 Pro" modeli Pro seriyası tarixində ən ciddi kamera yeniliklərindən birini əldə edəcək.

Əsas yenilik dəyişən diafraqmalı kamera olacaq. Bunun sayəsində zəif işıq şəraitində çəkilən şəkillərin keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşacağı gözlənilir.

Bundan başqa, yayılan məlumatlara əsasən, "iPhone 18 Pro" seriyasında əvvəlki nəsildə istifadə olunan narıncı rəng ləğv ediləcək və onun yerini tünd albalı rəngi alacaq. 

İphone İphone 18 pronun qiyməti texno

Mənbə: lent.az

Xəbər lenti