IMG-LOGO

Bir dövr başa çatır: 2G şəbəkələrinin bağlanmasına başlanıldı

24 Jun 2026 23:33 2 baxış
IMG
1 0

Çin mobil rabitə operatorları köhnəlmiş 2G şəbəkələrini mərhələli şəkildə dayandırmağa başlayıb.

Lent.az xəbər verir ki, bu addım 4G və 5G şəbəkələri üçün daha çox tezlik resursu ayırmaq, xərcləri azaltmaq və enerji səmərəliliyini artırmaq məqsədi daşıyır.

Bununla belə, proses asan getmir. Çində hələ də milyonlarla insan və çoxsaylı IoT (əşyaların interneti) cihazları 2G-dən istifadə edir. Xüsusilə yaşlılar, kənd yerlərində yaşayanlar və köhnə telefon sahibləri yeni texnologiyalara keçməkdə çətinlik çəkirlər.

Mütəxəssislər bildirirlər ki, 2G-nin tamamilə ləğvi bir neçə il çəkə bilər, lakin Çin artıq yeni nəsil rabitə texnologiyalarına keçidi sürətləndirir. Hazırda 2G və 3G şəbəkələrinin payı ölkədə ümumi mobil abunəçilərin 1 faizindən də azdır.

 

2G Çin

Mənbə: lent.az

Xəbər lenti