IMG-LOGO

"Barselona"nın satacağı əsas namizəd müəyyənləşdi

26 Apr 2024 14:40 193 baxış
IMG

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq yay transfer pəncərəsində komandadan ayrıla bilər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, klubda keçirdiyi 5 mövsümdən sonra de Yonqun idman nəticələri ona olan ümidləri doğrultmayıb. Artıq 2022-ci ilin yayında "Barselona" hollandiyalı futbolçunu satmağa çalışsa da, sonradan yarımmüdafiəçi getmək istəməyib.

Aprelin 21-də de Yonq La Liqanın 32-ci turunun "Real” ilə mərkəzi oyununda zədələnib. Ona sağ ayaq biləyinin əzilməsi diaqnozu qoyulub. Bu mövsümün əvvəlində Frenki de Yonq iki dəfə oxşar zədə almışdı.

Mənbə: lent.az

Xəbər lenti