IMG-LOGO

Pandemiyanın daha bir həyəcan verici nəticəsi: milyonlarla insan hələ də normal yata bilmir

27 Jul 2026 19:46 4 baxış
IMG
0 0

Alimlər COVID-19 pandemiyasının gözlənilməz uzunmüddətli nəticəsini aşkar ediblər. COVID-19 pandemiyası əvvəllər güman edildiyindən daha dərin iz buraxmış ola bilər. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, yeni beynəlxalq tədqiqat lokdaunlar başa çatdıqdan və adi həyata qayıdışdan sonra belə, bir çox insanlarda yuxusuzluq, xroniki yorğunluq və digər yuxu pozğunluqları aradan qalxmadığı qənaətinə gəiblər.

Lokdaunlar zamanı müşahidə olunan yüksək səviyyəli pis yuxu və yorğunluq məhdudiyyətlər ləğv edildikdən sonra da qalıb: insanın COVID-19 xəstəsi olub-olmamasından və ya postkovid sindromundan şikayətlənib-şikayətlənməməsindən asılı olmayaraq. 

Tədqiqatçılar vurğulayıblar ki, yuxu keyfiyyətinin müntəzəm qiymətləndirilməsi postpandemik yorğunluğu və postkovid sindromu olan insanların uzunmüddətli bərpasının bir hissəsi olmalıdır.   

sağlamlıq pandemiyanın fəsadları

Mənbə: lent.az

Xəbər lenti