IMG-LOGO

Qazlı su ilə bağlı maraqlı həqiqət üzə çıxdı: Alternativ ola bilər

28 Jul 2026 07:38 2 baxış
IMG
1 0

Alimlərin apardığı yeni araşdırma göstərib ki, şəkərsiz qazlı mineral su dişlər üçün adi qazlı şirin içkilərlə müqayisədə xeyli az risk yaradır.

Lent.az xəbər verir ki, tədqiqat zamanı müxtəlif içkilərin ağız boşluğunun turşuluq səviyyəsinə təsiri müqayisə edilib.

Məlum olub ki, məhz şəkərli qazlı içkilər diş minasının aşınmasına səbəb olur, sadə qazlı su isə bu baxımdan əhəmiyyətli təhlükə yaratmır.

Mütəxəssislər bildirirlər ki, qazlı su şəkərli içkilərə alternativ kimi daha sağlam seçim hesab oluna bilər.

qazlı su

Mənbə: lent.az

Xəbər lenti