IMG-LOGO

Bakıda özəl klinikada səhv müalicə olunan uşaq öldü - YENİLƏNİB

26 Apr 2024 11:25 132 baxış
IMG

Xəbər yenilənib

***

Bakıda özəl klinikada müalicə olunan uşaq ölüb. 

Lent.az xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. 

O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun “Kəpəz” hospitalında müalicə olunduğunu və səhv müalicədən sonra uşağın vəfat etdiyini bildirib. 

Ata şikayətində müalicənin Könül doktorun etdiyini qeyd edib.

Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.   

Mənbə: lent.az

Xəbər lenti