Yeni iddialara görə, “Apple” artan komponent xərclərinə baxmayaraq “iPhone 18 Pro” seriyasının əsas modellərində qiymətləri böyük ölçüdə sabit saxlamağa çalışacaq.
Lent.az xəbər verir ki, bununla belə, daha yüksək yaddaş tutumuna malik versiyalarda qiymət artımı ehtimalı var.
Gözlənilən qiymətlər isə belədir:
“iPhone 18 Pro” (256 GB) – 1 099 dollar
“iPhone 18 Pro” (512 GB) – 1 299 dollar
“iPhone 18 Pro” (1 TB) – 1 499 dollar
“iPhone 18 Pro Max” (256 GB) – 1 199 dollar
“iPhone 18 Pro Max” (512 GB) – 1 399 dollar
“iPhone 18 Pro Max” (1 TB) – 1 599 dollar
“iPhone 18 Pro Max” (2 TB) – 1 999 dollar
Məlumata görə, süni intellekt məlumat mərkəzlərinə tələbatın artması yaddaş çiplərinin qiymətini yüksəldib.
“Apple” isə bu artımı istifadəçilərə tam şəkildə yansıtmamaq üçün tədarükçülərlə daha sərfəli müqavilələr bağlamağa və digər komponentlərdə xərcləri azaltmağa çalışır.
Apple iPhone
Mənbə: lent.az