“Apple” iOS 27 ilə “iPhone” istifadəçilərinin illərdir Android telefonlarda olan bir funksiyaya çıxışını təmin edəcək.
Lent.az xbər verir ki, artıq zəng səsi, bildirişlər, siqnallar (alarm), taymer və sistem səsləri üçün ayrıca səs səviyyəsi təyin etmək mümkün olacaq.
İndiyədək “iPhone”larda bu səslərin əksəriyyəti eyni səs səviyyəsinə bağlı idi.
Yeni yeniləmə sayəsində istifadəçi, məsələn, səhər alarmını yüksək səviyyədə saxlayarkən bildirişləri daha səssiz edə biləcək.
Mesaj xəbərdarlıqları, klaviatura klikləri və kamera səsi də ayrıca tənzimlənəcək.
“Apple” bildirir ki, bu dəyişiklik istifadəçilərə cihazın səs parametrləri üzərində daha çox nəzarət verəcək.
Android telefonlarında isə bu imkan uzun illərdir mövcuddur.
iPhone Android Apple
Mənbə: lent.az