“Apple” “WWDC 2026” tədbirində təqdim etdiyi süni intellekt əsaslı yeni Siri funksiyalarının Avropa İttifaqı ölkələrində istifadəyə verilməyəcəyini açıqlayıb.
Lent.az xəbər verir ki, şirkət bunu Aİ-nin rəqəmsal bazarlarla bağlı sərt tənzimləmələri ilə əlaqələndirib.
Nəticədə Aİ-dəki “iPhone” və “iPad” istifadəçiləri yeni Siri AI imkanlarından, o cümlədən əvvəlki söhbətləri xatırlayan şəxsi köməkçi funksiyasından, genişləndirilmiş “Visual Intelligence” sistemindən, inteqrasiya olunmuş yazı alətlərindən və kamera ilə əlaqəli yeni Siri xüsusiyyətlərindən istifadə edə bilməyəcəklər.
“Apple” bildirir ki, məsələ ilə bağlı Aİ tənzimləyiciləri ilə danışıqlar davam edir, lakin yeni Sirinin Aİ-də nə vaxt istifadəyə veriləcəyi hələ məlum deyil.
Məhdudiyyət yalnız “iPhone” və “iPad”lərə aiddir; “macOS”, “visionOS” və “watchOS” istifadəçiləri bu funksiyalardan yararlana biləcəklər.
Apple siri iPhone
Mənbə: lent.az