IMG-LOGO

Azov dənizində həlak olan soydaşlarımızın cənazələri Azərbaycana gətirildi

10 Jun 2026 11:27 2 baxış
IMG
0 0

İyunun 5-də Azov dənizində yük gəmisinə PUA hücumu zamanı həyatını itirənlər soydaşlarımızın cənazələri Azərbaycana gətirilib. 

Bu barədə Lent.az-a həlak olanların yaxınları məlumat verib. 

Bildirilib ki, bu gün səhər saatlarında soydaşlarımızın nəşləri Yalama Sərhəd-Keçid Məntəqəsindən Azərbaycan ərazisinə daxil olub.

Cənazələr bu gün Bakıda gətiriləcək və günün ikinci yarısı ailələrinə təhvil veriləcək.

Qeyd edək ki, ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu gəmilərə PUA hücumi nəticəsində 4 nəfər yaralanıb, 4 nəfərin isə həlak olub.

Həlak olmuş vətəndaşlarımız 50 yaşlı Rəcəb Əhədov və 29 yaşlı Məhəmməd Əliyevin cəsədləri dərhal aşkarlanıb. Hazırda cənazələrin ölkəmizə göndərilməsi istiqamətində tədbirlər görülür. 

Hadisələr PUA hücumu Gəmiyə hücum Azov dənizində həlak olanlar

Mənbə: lent.az

Xəbər lenti