Mədəniyyət Nazirliyi yanında Kino Agentliyi 2023-2025-ci illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 99 manatdır.
İddiaçılar təkliflərini martın 18-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 84 ünvanına təqdim edə bilərlər.
Təkliflərə martın 18-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.