IMG-LOGO

Pul alıb həbsdən buraxdıracaqdı, özünü tutdular - HÖKM

09 Jun 2026 18:00 4 baxış
IMG
0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə vətəndaşın külli miqdarda pulunu mənimsəməkdə ittiham olunan Səmədağa Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az xəbər verir ki, prosesdə hökm oxunub.

Həökmə əsasən Səmədağa Ağalarov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, dövlət ittihamçısı S. Ağalarovun 9 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Xatırladaq ki, hadisə 2019-cu ildə baş verib. Belə ki, Səmədağa Ağalarov vətəndaş Seymur Həziyevin həbsdə olan qardaşını şərti olaraq azadlığa buraxdıracağı vədini verərək, ondan müxtəlif vaxtlarda ümumilikdə 74 000 manat pul alıb.

Faktla bağlı cinayət işi başlanılıb, Səmədağa Ağalarov Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə məsuliyyətə cəlb olunub.

Hadisələr cinayət işi məhkəmə xəbərləri

Mənbə: lent.az

Xəbər lenti