IMG-LOGO

Ağsuda avtomobil aşdı: iki yaralı var

07 Jun 2026 21:28 5 baxış
IMG
0 0

Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, qəza rayonun Ağalarbəyli kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində Padar kənd sakinləri — 2008-ci il təvəllüdlü Gültac Hüseynova və anası, 1957-ci il təvəllüdlü Gülsüm Ağasəfər qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. İlham Əhmədov

 

ağsu qəza

Mənbə: lent.az

Xəbər lenti