IMG-LOGO

"TikTok"un sahibi avtomobil istehsalına başladı

03 Jun 2026 12:39 5 baxış
IMG
2 0

“Seres” və “BaytDens” (TikTok platformasının sahibi) birlikdə “Saidou Technology” adlı yeni şirkət yaradıblar. Bu şirkət avtomobil istehsalçısının həyata keçirdiyi restrukturizasiya prosesinin mərhələlərindən biri kimi yaradılıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, maliyyə çətinliklərinə baxmayaraq “Saidou Technology” artıq bu il yeni krossover modelini təqdim etməyə hazırlaşır.

Həmin modelin hansı brend adı altında buraxılacağı isə iyunun 9-da keçiriləcək təqdimat zamanı açıqlanacaq.

Ehtimal olunur ki, “Seres” bu layihədə texniki və avtomobil istehsalı hissəsinə cavabdeh olacaq, “BaytDens” isə bulud platforması və süni intellekt texnologiyaları vasitəsilə texnoloji tərəfi təmin edəcək.

Gələcək krossover həm elektrik, həm də hibrid versiyalarda təqdim olunacaq. Əslində, “Seres” və “BaytDens” hazırda Çin bazarında çoxlu analoqu olan bir model üzərində çalışır. Lakin bu krossover onu digərlərindən fərqləndirəcək xüsusi bir xüsusiyyəti ilə seçiləcək.

Layihə hazırlayanlar “BaytDens” tərəfindən yaradılmış süni intellekt texnologiyalarının aktiv tətbiqinə üstünlük verəcəklər. Bununla belə, şirkət vurğulayıb ki, avtonom idarəetmə sistemlərinin hazırlanması ilə məşğul olmayacaq.

Xatırladaq ki, AITO avtomobillərində avtomatik idarəetmə texnologiyaları “Huawei” tərəfindən təmin edilir. “BaytDens”in süni intellekti isə interaktiv funksiyalara cavabdeh olacaq. Başqa sözlə, süni intellekt multimedia sistemi ilə sürücü arasındakı qarşılıqlı əlaqəni daha sadə və rahat etməyə xidmət edəcək.

“Saidou Technology” daha çox gənc auditoriyaya yönəlmiş avtomobillər istehsal etməyi planlaşdırır. Bu avtomobillərin həm Çin bazarında, həm də qlobal bazarda satışa çıxarılması nəzərdə tutulur.

texno xəbərlər dünyadan xəbərlər

Mənbə: lent.az

Xəbər lenti