IMG-LOGO

Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

27 May 2026 11:48 2 baxış
IMG

Göyçay rayonunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən 34 yaşlı Elvin Əliyev saxlanılıb.

Tibbi müayinə zamanı sürücünün marixuana istifadə etdiyi məlum olub.

E.Əliyev barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs olunub.

Mənbə: report.az

Xəbər lenti