IMG-LOGO

Gülşən Rzayeva: "WUF13 təhlükəsiz, davamlı və inklüziv şəhərlərin inkişafında mühüm mərhələ olacaq"

19 Feb 2026 13:34 3 baxış
IMG

Ümumdünya Şəhərsalma Forumu (WUF13) indiki və gələcək nəsillər üçün təhlükəsiz, davamlı və inklüziv şəhərlərin inkişafında mühüm mərhələ olacaq.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13 üzrə Milli Əlaqələndiricinin müavini Gülşən Rzayeva regional KİV-lər WUF13-ə həsr olunmuş onlayn brifinqdə bildirib.

Onun sözlərinə görə, Forum iştirakçılarına geniş imkanlar vəd edir: "İnanırıq ki, foruma qoşulmaqla iştirakçılar yalnız peşəkar dialoqlardan, müzakirələrdən və əməkdaşlıqdan deyil, həm də Bakı şəhərinin gözəlliyindən və qonaqpərvərliyindən zövq alacaqlar. Onlar ölkəmizin və paytaxtımızın fərqli tərəflərini, müasir inkişafını görmək imkanı qazanacaqlar".

G.Rzayeva qeyd edib ki, Azərbaycanın həm regional, həm də qlobal iştirakla bağlı geniş gözləntiləri var: "Biz Asiya-Sakit Okean, Afrika, Latın Amerikası, Karib hövzəsi, Avropa və Ərəb regionlarından rəsmi nümayəndə heyətlərinin və ekspertlərin Bakıya gəlişini gözləyirik. Məqsədimiz müasir dövrün aktual çağırışlarını müzakirə etmək və effektiv həll yolları təklif etməkdir".

Xəbər lenti