Lənkəranda hotel işçilərinə qarşı quldurluq edən 49 yaşlı Xalıq Cahangirov saxlanılıb.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayon ərazisindəki hotellərin birində baş verib.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən X.Cahangirovun hotelin inzibatçısı olduğu məlum olub. Belə ki, sözügedən şəxs hoteldə çalışan iki qadına kəsici alətlə xəsarət yetirərək zərərçəkənlərin qızıl-zinət əşyalarını ələ keçirib.
Araşdırmalarla məlum olub ki, X.Cahangirov tanınmaması üçün əvvəlcədən iş yerində gizlətdiyi maska və geyimlə kamuflaj olaraq həmin hadisəni törədib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Mənbə: report.az