IMG-LOGO

Yevlaxda baba və nəvəsini avtomobil vurub, ölən var

27 May 2026 00:26 3 baxış
IMG

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Şahidlərin bildirdiyinə görə, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarndakı baba və nəvəni vurub. Nəticədə nəvə hadisə yerində həlak olub, baba isə ağır vəziyyətdə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az

Xəbər lenti