IMG-LOGO

Cəlilabadda iki maşın toqquşdu, xəsarət alan var

26 May 2026 23:22 4 baxış
IMG
0 0

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, qəza şəhərin Xətai və A.Azərtürk küçələrinin kəsişməsində qeydə alınıb.

Masallı rayon sakininin idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili hərəkətdə olarkən “Ford” markalı yük maşınının qarşısına çıxıb və nəticədə qəza baş verib.

Toqquşmadan sonra “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb.

Hadisə nəticəsində minik avtomobilində olan sərnişin ayaq-baldır nahiyəsinin sınığı diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sürücüyə isə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

İlkin Rzayev

cəlilabad qəza

Mənbə: lent.az

Xəbər lenti