IMG-LOGO

Tbilisinin simvolik abidələri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq

26 May 2026 17:59 3 baxış
IMG

Tbilisinin simvolik abidələri mayın 28-də Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq.

"Report"un yerli bürosunun məlumatına görə, Tbilisidə işıq şousu təşkil olunacaq.

Şəhərin iki tanınmış memarlıq simvolu – Tbilisi televiziya qülləsi və Kür çayı üzərində yerləşən "Sülh körpüsü" mavi, qırmızı və yaşıl rənglərlə işıqlandırılacaq.

Mənbə: report.az

Xəbər lenti