IMG-LOGO

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycanın ilk qızıl medalçısı Bakıya qayıdıb

03 Nov 2026 03:17 3 baxış
IMG

Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycana ilk qızıl medalını qazandıran idmançı Bakıya qayıdıb.

"Report" xəbər verir ki, cüdoçu İbrahim Talıbov və onun məşqçisi Emin İsgəndərovu Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyətinin nümayəndələri, federasiya rəsmiləri, media təmsilçiləri və idmançıların yaxınları qarşılayıblar.

Xatırladaq ki, 55 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan cüdoçu finalda xorvatiyalı rəqibi Zvorc Jonaya qalib gələrək Azərbaycan komandasına "Dakar-2026"nın ilk qızıl medalını qazandırıb.

Mübarizəyə 1/4 finaldan başlayan cüdoçu ilk iki görüşdə Mərkəzi Afrika Respublikasından olan İbrahim Mussanı və Səudiyyə Ərəbistanı təmsilçisi Muratz Hebahı mübarizədən kənarlaşdırıb.

Mənbə: report.az

Xəbər lenti