IMG-LOGO

Manisada təcili tibbi yardım maşını ilə traktor toqquşub

03 Nov 2026 05:55 2 baxış
IMG

Türkiyənin Manisa şəhərinin Köprübaşı rayonunda xəstə daşıyan təcili tibbi yardım maşını ilə traktorun toqquşması nəticəsində 6 nəfər yaralanıb.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, əraziyə tibb, yanğınsöndürmə və jandarm qrupları göndərilib.

Qəzada sürücülərlə yanaşı, təcili yardım maşınındakı 2 işçi və xəstə, eləcə də traktorda olan şəxs yaralanıb. Xəstəxanaya aparılan yaralıların vəziyyəti yaxşıdır.

Qəza səbəbindən bir müddət gediş-gəlişə bağlanan yolda hərəkət bərpa olunub.

Mənbə: report.az

Xəbər lenti