IMG-LOGO

Rusiyaya PUA hücumundan sonra Qazaxıstanın Atırau-Samara kəmərində neftin nəqli dayandırılıb

02 Nov 2026 21:52 5 baxış
IMG

Atırau-Samara magistral neft kəməri ilə neftin nəqli Samara istehsalat-dispetçer qovşağının obyektlərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumdan sonra müvəqqəti dayandırılıb.

"Report" xəbər verir ki, bunu Qazaxıstan Energetika Nazirliyinin rəsmi nümayəndəsi Asel Serikpayeva açıqlayıb.

"2026-cı il noyabrın 2-nə keçən gecə Samara istehsalat-dispetçer qovşağının obyektləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Bununla əlaqədar olaraq, noyabrın 2-də Astana vaxtı ilə saat 06:09-da (Bakı vaxtı ilə 05:09-da) Atırau-Samara magistral neft kəməri ilə neftin nəqli dayandırılıb", - o qeyd edib.

Qurumun məlumatına görə, müvafiq xidmətlər infrastrukturun texniki vəziyyətini qiymətləndirir. "Bu istiqamət üzrə neft qəbulunun yaxın vaxtlarda bərpa olunması gözlənilir", - Serikpayeva dəqiqləşdirib.

Mənbə: report.az

Xəbər lenti