IMG-LOGO

CCTV: Qapalı şəraitdə saxlanılan böyük pandaların sayı 830-a çatıb

03 Nov 2026 07:47 4 baxış
IMG

Bütün dünyada qapalı şəraitdə saxlanılan böyük pandaların sayı 830-a çatıb.

"Report" Çin Mərkəzi Televiziyasına (CCTV) istinadən xəbər verir ki, müvafiq məlumatlar Çendu şəhərində böyük pandaların mühafizəsi üzrə beynəlxalq konfransda təqdim olunub.

Qeyd edilib ki, qapalı şəraitdə saxlanılan bambuk ayılarının sayı artmaqda davam edir, bununla yanaşı, populyasiyanın genetik müxtəlifliyi də çoxalır.

Məlumata görə, bütün dünyada böyük pandaların saxlanıldığı obyektlərə ziyarətlərin ümumi sayı 1 milyardı ötüb.

Böyük panda Çinin qeyri-rəsmi simvolu hesab olunur və dövlət mühafizəsi altındadır. Vəhşi təbiətdə, əsasən geniş bambuk meşələrinin qorunub saxlanıldığı Siçuan vilayətinin dağlıq rayonlarında təxminən 2 min panda yaşayır.

Mənbə: report.az

Xəbər lenti