IMG-LOGO

"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb

02 Nov 2026 22:22 2 baxış
IMG

Türkiyənin "Fənərbağça" klubu portuqaliyalı mütəxəssis Serjiu Konseysau ilə anlaşıb.

"Report" xəbər verir ki, bu barədə qardaş ölkənin idman nəşrləri məlumat yayıb.

Məlumata görə 51 yaşlı baş məşqçinin müqaviləsinin müddəti 1,5 illik olacaq. O, İstanbul klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsində "Liverpul"a qarşı keçirəcəyi oyunu tribunadan izləyəcək.

Xatırladaq ki, 16 xalla Superliqada altıncı yerdə qərarlaşan "Fənərbağça" bir neçə gün öncə sabiq baş məşqçisi İsmayil Kartalla yollarını ayırıb. Serjiu Konseysau son olaraq Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunu çalışdırıb.

Mənbə: report.az

Xəbər lenti