IMG-LOGO

35 kilodan çox narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alındı

26 May 2026 13:17 4 baxış
IMG
0 0

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən xəbərə görə, hadisə “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 35 kiloqram 200 qram narkotik vasitə marixuana və 3000 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hadisələr narkotik

Mənbə: lent.az

Xəbər lenti