IMG-LOGO

Hicran Hüseynova: Hər iki valideynin işləməsi bağçaya qəbulda imtiyaz kimi nəzərə alınmalıdır

26 May 2026 11:43 3 baxış
IMG

Hər iki valideynin işləməsi məktəbəqədər təhsil müəssisəsinə (uşaq bağçası) qəbulda imtiyaz kimi nəzərə alınmalıdır.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin bugünkü plenar iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı"ın müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, respublikada kişi və qadınların orta əməkhaqqı fərqliliyinin aradan qaldırılması məqsədilə mühüm islahatlar həyata keçirilir:

"Burada vacib məsələlərdən biri ailə öhdəliyi olan işçilərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə məktəbəqədər təhsil infrastrukturunun inkişafı üzrə tədbirlərin davam etdirilməsidir".

Komitə sədri bildirib ki, hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı ciddi hüquq pozuntusudur:

"Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunvericilik bazamız davamlı olaraq təkmilləşir. Ancaq çox yaxşı olardı ki, qısa şəkildə dünyada və ölkəmizdə məişət zorakılığı ilə bağlı cinayətlərin müqayisəli təhlili verilsin, statistika göstərilsin".

Mənbə: report.az

Xəbər lenti