IMG-LOGO

Qoşqar Təhməzli Zəngilanda vətəndaşları qəbul edəcək

26 May 2026 11:54 3 baxış
IMG

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyunun 17-si saat 11:00-da "Ağalı" hotelində (Zəngilan şəhəri) Zəngilan, Cəbrayıl, Qubadlı və Kəlbəcər rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Bu barədə "Report"a AQTA-dan məlumat verilib.

Bildirilib ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya "1003-Çağrı Mərkəzi" ilə əlaqə saxlayaraq iyunun 16-dək qəbula yazıla bilərlər.

Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Mənbə: report.az

Xəbər lenti