IMG-LOGO

Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"

26 May 2026 12:04 3 baxış
IMG

Azərbaycanda qadınların təhsilini bitirdikdən sonra iqtisadiyyatla məşğul olmaları daha məqsədəuyğundur.

"Report" xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.

"Düşünürəm ki, burda həm dövlət kompensasiyası, həm də bizim hər birimizin seçicilərimizlə görüşlərdə bu sahələr haqqında daha çox danışmağımız lazımdır: qadınlar həm maliyyəli olsunlar, həm də hüquq sahəsində mütəxəssis olsunlar. Təhsil lazımdır. Buradan başlamaq lazımdır", - o qeyd edib.

Mənbə: report.az

Xəbər lenti