IMG-LOGO

Rusiya ordusu gecə Ukraynaya iki "İsgəndər"lə zərbə endirib, ölənlər var

26 May 2026 10:20 3 baxış
IMG

Rusiya Silahlı Qüvvələri mayın 26-na keçən gecə Ukraynaya iki "İsgəndər-M" ballistik raketi, 122 zərbə və imitasiya pilotsuz uçuş aparatı ilə hücum edib.

"Report"un Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, Ukrayna Silahlı Qüvvələri 111 dron vurub, hazırda hücum davam edir.

Məlumata görə, iki "İsgəndər-M" ballistik raketi Rusiyanın Rostov vilayətindən və işğal altında olan Krımdan buraxılıb.

"Saat 08:30-a olan məlumata görə, hava hücumundan müdafiə sistemləri ölkənin şimalında, cənubunda və şərqində "Şahed", "Herbera", "İtalmas" və digər tipli 111 PUA-nı vurub və ya zərərsizləşdirib", - hərbçilər bildiriblər.

Öz növbəsində, Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbovun verdiyi məlumata görə, Xarkova və vilayətin 14 yaşayış məntəqəsinə endirilən zərbələr nəticəsində 3 nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb.

Mənbə: report.az

Xəbər lenti