IMG-LOGO

Türkiyədə bələdiyyə sədri saxlanılıb

26 May 2026 10:00 3 baxış
IMG

Türkiyənin İzmir şəhərində bələdiyyə sədri saxlanılıb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, İzmir Baş Prokurorluğu Gözəlbağça rayon bələdiyyəsində əməliyyat keçirib.

Bildirilib ki, əməliyyat zamanı rayon bələdiyyəsinin sədri Mustafa Günay və qurumun daha 4 işçisi saxlanılıb.

Xatırladaq ki, Mustafa Günay Gözəlbağça rayon bələdiyyəsi sədri vəzifəsini 2024-cü ildən icra edir.

Mənbə: report.az

Xəbər lenti