IMG-LOGO

Ağsuda BYD çay yatağına düşdü, ölənlər var - FOTO

26 May 2026 09:08 4 baxış
IMG
0 0

Ağsuda bölümlə nəticələnən yol qəzası olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, BYD markalı minik avtomobilinin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq Ağsu çayının qoruyucu daş-beton bəndinə çırpılıb. Avtomobil daha sonra bir neçə dəfə yuvarlanaraq Ağsu çayının yatağına düşüb.

Hadisə zamanı avtomobildə 4 nəfər olub. Qəza nəticəsində 27 yaşlı Cəfərov Kamran və 22 yaşlı Qasım Səid Asif oğlu hadisə yerində ölüb.

Digər iki sərnişin; 21 yaşlı Baxışov İsmayıl Etibar oğlu və 20 yaşlı Şəfaqətov Şahvələt Asəf oğlu ağır bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanası aparılıb.

Faktla bağlı araşdırma aparılır. Qəzanın baş vermə səbəbi araşdırmalardan sonra məlum olacaq.

Hadisələr yol qəzası

Mənbə: lent.az

Xəbər lenti