IMG-LOGO

"Xəzər-Lada"nın aktivləri 2 %-dən çox azalıb

26 May 2026 08:49 4 baxış
IMG

"Xəzər-Lada" ASC 2025-ci ili 198 min manat xalis mənfəətlə başa vurub.

"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 25,3 % çoxdur.

Ötən il "Xəzər-Lada"nın vergiyəqədərki mənfəəti 248 min manat (əvvəlki illə müqayisədə 25,9 % çox), mənfəət vergisi ödəmələri isə 50 min manat (28,2 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Xəzər-Lada"nın aktivləri 11,987 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,3 % azdır. Hesabat dövründə "Xəzər-Lada"nın öhdəlikləri 10,7 % azalaraq 2,646 milyon manata düşüb, balans kapitalı isə 0,4 % artaraq 9,341 milyon manata çatıb.

"Xəzər-Lada" 2014-cü ildə yaradılıb, Rusiyanın "Avto-VAZ" şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445,8 min manatdır. Şirkətin səhmlərinin 30 %-i Aleksandr Nikiforova, 29,8 %-i Lyudmila Nazarenkoya, 19,4 %-i Fəxrəddin Qasımzadəyə ("Xəzər-Lada"nın hazırkı prezidenti), 12,6 %-i Naməddin Qasımzadəyə, 8,2 %-i 147 fiziki şəxsə məxsusdur.

Mənbə: report.az

Xəbər lenti