IMG-LOGO

Stellantisdən yeni həmlə - 70 milyard dollarlıq yeni strategiya açıqladı

26 May 2026 07:03 3 baxış
IMG
0 0

Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan Stellantis 2030-cu ilə qədər nəzərdə tutulan 70 milyard dollarlıq (60 milyard avro) yeni inkişaf planını təqdim edib.

Lent.az xəbər verir ki, şirkət bu strategiya çərçivəsində 60 yeni avtomobil modeli buraxmağı planlaşdırır. Modellər arasında həm benzinli və hibrid, həm də tam elektrik avtomobilləri olacaq.

Yeni strategiyada əsas diqqət Jeep, Ram, Peugeot və Fiat markalarına yönələcək. Şirkət investisiyaların təxminən 70 faizini bu markalara və kommersiya avtomobilləri bölməsi olan “Pro One”a ayıracaq. Məqsəd xüsusilə ABŞ və Avropa bazarlarında satışları artırmaq və zəifləyən mövqeləri gücləndirməkdir.

Stellantis həmçinin Çin avtomobil şirkətləri ilə əməkdaşlığı genişləndirməyi, zavodlardan daha səmərəli istifadə etməyi və yeni texnologiyalara – o cümlədən süni intellekt, avtonom idarəetmə və proqram təminatına böyük yatırım etməyi planlaşdırır. Şirkət bildirir ki, yeni platformalar hesabına avtomobil hazırlama müddəti indiki 40 aydan təxminən 24 aya endiriləcək.

 

Stellantis

Mənbə: lent.az

Xəbər lenti