IMG-LOGO

İsrail Livandakı "Hizbullah" hədəflərinə hərbi təzyiqi artıracaq

26 May 2026 00:20 3 baxış
IMG

İsrail ərazisinə davam edən pilotsuz uçuş aparatı ilə hücumları fonunda Livandakı "Hizbullah" hədəflərinə hərbi təzyiqi artıracaq.

"Report"un məlumatına görə, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu özünün "Telegram" kanalında yayımladığı videomüraciətdə bildirib.

İsrail hökuməti başçısının sözlərinə görə, ölkə "Hizbullah"la müharibə vəziyyətindədir. O, iddia edib ki, son həftələrdə İsrail qüvvələri 600-dən çox yaraqlını öldürüb.

Baş nazir qeyd edib ki, İsrail "Hizbullah"ın mövqelərinə zərbələr endirməyə davam edəcək. O, həmçinin İsrail ərazisinə buraxılan dronlar problemi ilə xüsusi bir qrupun məşğul olduğunu bildirib.

Mənbə: report.az

Xəbər lenti